Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin mühüm əhəmiyyət kəsb edir.
Politoloq Əli Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və BƏƏ arasında dostluq və yaxın əlaqələr mövcuddur:
“Hazırda bu əməkdaşlıq hərbi sahəni də əhatə edir və birgə hərbi təlimlərin keçirildiyini görürük. Birləşmiş Ərəb Əmirlikləri Körfəz ölkələri arasında ən zəngin və nüfuzlu dövlətlərdən biri hesab olunur. Bu ölkə dünyanın böyük maliyyə, neft və ümumilikdə yanacaq resurslarına malik olan dövlətlər sırasındadır. Azərbaycanla alternativ enerji sahəsində də bir sıra əməkdaşlıq istiqamətləri mövcuddur. Demək olar ki, uzun müddətdir qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq və dostluq münasibətləri hökm sürür”.
Ə.Mustafa xüsusilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa diqqət çəkib:
“Heç kimə sirr deyil ki, post-sovet məkanında hazırda müəyyən proseslər gedir, geosiyasi güc balansı dəyişir. Rusiyanın və İranın təsiri zəifləsə də, aqressiv meyillər hələ də mövcuddur. Belə bir şəraitdə BƏƏ ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını artıran mühüm amildir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq arenada güclənməsinə və nüfuzunun artmasına da xidmət edir. Bütün hallarda mən bu əməkdaşlığı müsbət qiymətləndirirəm”.
Sevinc İbrahimzadə / Metbuat.az