BƏƏ Azərbaycana ən çox yatırım qoyan ölkə oldu

23.04.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsindən redaksiyamıza bu ilin yanvar-mart aylarında ölkəmizdə əsas kapitala xarici mənbələrdən 950,1 milyon manat (2024–cü ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çox) yönəldildiyi bildirilib.

Məlumata əsasən, hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 faizi) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub. Mart ayında BƏƏ Azərbaycana yatırılan investisiyaların həcminə görə, ilk dəfə birinci yerdə qərarlaşıb və 2025-ci ilin birinci rübündə Böyük Britaniyanı geridə qoyub.

Xatırladaq ki, yanvar–mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Son 1 ildə neft – qaz sektoruna investisiyalar 24,2 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,4 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью