Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gələcəkdə Azərbaycanla birgə layihələrin reallaşdırılması və potensialın artırılması məqsədilə həm BƏƏ-də, həm də Bakıda proqramların keçirilməsi planlaşdırılır
525.az "Report" a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Palatasının baş direktoru Mahmud Əl-Ələvi deyib.
"Azərbaycanla audit sahəsində əməkdaşlıq prioritet istiqamətlərimizdəndir. Azərbaycan Hesablama Palatası ilə 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq üçün güclü təməl yaradıb", - M. Əl-Ələvi bildirib.
Azərbaycanla münasibətlərin çox güclü olduğunu qeyd edərək, bildirib ki: "2022-ci ildə imzalanan sənəd bilik və informasiya mübadiləsi, eləcə də potensialın artırılması sahəsində birgə fəaliyyəti təşviq edir. Bu əməkdaşlıq bizim üçün prioritet istiqamətlərdəndir və qarşıdakı dövrdə daha da genişlənəcək".