Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qahirə, 10 oktyabr, AZƏRTAC
Noyabrın 5-dən 16-dək Birləşmiş Ərəb Əmirliklərində 44-cü Şarcə Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Səninlə kitab arasında” şüarı altında baş tutacaq sərgidə 118 ölkədən 2400-ə yaxın naşir bir araya gələcək, milyonlarla adda kitab və nəşr təqdim olunacaq.
Sərgidə 66 ölkədən 250-dən çox yazıçı və yaradıcı şəxs çıxışlar edəcək. Builki sərginin fəxri qonağı Yunanıstandır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə