525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl Xaymə Əmirliyində ağır yol qəzası baş verib.
525.az xəbər verir ki, bu barədə BƏƏ Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, Ras Əl Xaymə Əmirliyində Əl-Vətən yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində 11 nəfər ölüb.
Məlumata əsasən, əraziyə çoxsaylı təcili yardım maşınları, mülki müdafiə və xilasetmə qrupları göndərilib.
Qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.
İbrahim Cəfərov