BƏƏ də ən yüksək temperatur qeydə alındı

25.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) may ayı üçün 2003-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.

Bakıvaxtı.az BƏƏ-nin Milli Meteorologiya Mərkəzinə istinadla xəbər verir ki, Suveyhanda (əl-Ayn) yerli vaxtla saat 13:45-də qeydə alınan ən yüksək temperatur 51.6 dərəcə olub.

Bildirilir ki, BƏƏ ərazisində indiyədək qeydə alınan ən yüksək temperatur 2010-cu ildə İliyasat adasında 52 dərəcə olub. Ümumiyyətlə, yaz mövsümü başlamamışdan əvvəl BƏƏ-də temperaturun son illərlə müqayisədə qeyri-adi dərəcədə yüksəldiyi müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью