Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl medala layiq görülüb.
Futbolpress.az xəbər verir ki, 60 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz həlledici final görüşündə tacikistanlı Loiq Kudbudinovla üz-üzə gəlib. Rəqibini möhtəşəm ippon fəndi ilə məğlub edən idmançımız turnirin qalibi adını qazanıb.
Bu qələbə Azərbaycan yığmasının Əbu-Dabidəki ikinci çempionluğudur. Xatırladaq ki, daha əvvəl qadınların mübarizəsində 48 kq çəkidə çıxış edən Könül Əliyeva finalda Türkiyə təmsilçisi Merve Azaka qalib gələrək qızıl medala sahib çıxmışdı.
Oktyabrın 31-dək davam edəcək “Böyük Dəbilqə” yarışında Azərbaycan ümumilikdə 12 cüdoçu ilə təmsil olunur.