Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri ölkə daxilində təhlükəsizlik əməliyyatı keçirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri İranla əlaqəli olduğu iddia edilən və hücumlar planlaşdıran bir qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər.
Məlumata görə, dövlət təhlükəsizlik orqanları həmin qrupun milli sabitliyi pozmağa yönəlmiş gizli fəaliyyətlər həyata keçirdiyini və üzvlərin gizli görüşlər vasitəsilə cəlb edildiyini açıqlayıb.
Araşdırmalar zamanı qruplaşmanın İranla əlaqələrinin olduğu və xarici aktorlarla koordinasiya saxladığı iddia olunur.
Rəsmilər qeyd edib ki, qrup üzvləri maliyyə vəsaitləri toplayıb, eyni zamanda xarici maraqlara uyğun gündəmləri yaymaq üçün gənclərə təsir göstərməyə çalışıblar.
BƏƏ tərəfi vurğulayıb ki, milli təhlükəsizliyə yönələn istənilən təhdidə qarşı qəti tədbirlər görülməyə davam edəcək.
Aminə ŞAHSUVARQIZI