Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiya qadın futbol millisinin BƏƏndə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən ləğv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qadın milli komandası BƏƏ-də keçirilən beynəlxalq turnirdəki çıxışını başa vurub.
Qeyd edək ki, Rusiya millisinin Honkonq qadın futbol millisi ilə oyunu martın 6-da keçirilməli idi.
Aminə ŞAHSUVARQIZI