BƏƏ də qalan 200 ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib

10.03.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Bakı vaxtilə saat 13:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıdışı təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью