BƏƏ də qalmış turistlərin vəziyyəti necə olacaq?

02.03.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


BƏƏ regional münaqişə fonunda ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib.

BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.

Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью