BƏƏ də raket təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

18.08.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin raket təhlükəsi aşkarladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.

Ölkənin Daxili İşlər Nazirliyi də əhaliyə potensial raket təhlükələri ilə bağlı telefon xəbərdarlığı göndərib.

“Hazırkı vəziyyətlə əlaqədar potensial raket təhlükələri mövcuddur. Dərhal ən yaxın təhlükəsiz binada qorunan yerə keçin”, – xəbərdarlıqda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью