BƏƏ də rekord temperatur qeydə alındı

25.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

BƏƏ-də havanın temperaturu may ayı üçün rekord səviyyəyə çatıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ölkənin Milli Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, şərqdəki Sveyhan rayonunda temperatur 51,6 dərəcəyə yüksəlib, Əbu-Dabidə isə 50,4 dərəcə qeydə alınıb.

Bildirilir ki, bölgədə bu il həmişəkindən daha tez kəskin istilər düşüb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, aprel ayında orta maksimum temperatur rekordu 42,6 dərəcəyə çatıb.

BƏƏ səlahiyyətliləri sağlamlıqla bağlı xəbərdarlıqlar edib və insanları günün isti saatlarında açıq havada fiziki fəaliyyətdən çəkinməyə çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью