Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BƏƏ-nin Əl-Füceyrə əmirliyində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ən azı 14 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Modern.az "Gulf News"a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəzada ümumilikdə 23 nəqliyyat vasitəsi - 18 avtomobil və 5 yük maşını iştirak edib.
Yanğın-xilasetmə briqadaları və tibb işçiləri qəzanın fəsadlarının aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün hadisə yerindədir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.