BƏƏ dən Əlcəzairin qərarlarına cavab

11.09.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarının müvəqqəti olacağına ümid edir.

Axar.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

BƏƏ iki ölkə xalqı arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin qorunmasını istədiyini bildirib.

Nazirlik Əlcəzair xalqına hörmət etdiyini və iki ölkə arasında tarixi əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Bəyanatda bildirilib ki, BƏƏ bütün ölkələrlə münasibətlərin inkişafında maraqlıdır və qarşılıqlı əməkdaşlığın, anlaşmanın və ümumi maraqların gücləndirilməsini dəstəkləyir.

Qeyd edək ki, ötən gün Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью