BƏƏ dən İrana birbaşa yükdaşımalar bərpa olundu

01.07.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İrana birbaşa yükdaşımalar yenidən bərpa olunub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının logistika və dəstək şöbəsinin rəhbəri Əli Emami "Mehr" xəbər agentliyinə açıqlamasında bildirib.

Bildirilib ki, iki ölkə arasında birbaşa gəmi marşrutları artıq yenidən fəaliyyət göstərir. Əli Emaminin sözlərinə görə, ticarət əlaqələri tədricən normallaşır və malların BƏƏ-dən birbaşa İrana çatdırılması mexanizmi bərpa edilib.

Məlumata görə, Dubaydakı "Jebel Ali" limanı regionun əsas tranzit mərkəzlərindən biri hesab olunur və İranın xammal, avadanlıq, eləcə də aralıq mallar üzrə idxalında mühüm rol oynayır.

Qeyd olunub ki, dəniz marşrutlarında yaranmış gərginlik səbəbindən bir çox iranlı tacirin yükləri limanlarda ilişib qalmışdı. Birbaşa gəmi əlaqələrinin bərpası ilə təchizat zəncirindəki gecikmələrin aradan qaldırılması və yüklərin çatdırılma müddətinin qısaldılması gözlənilir.

Bununla yanaşı, özəl sektor nümayəndələri bildiriblər ki, ticarət yollarının yenidən açılmasına baxmayaraq, bəzi çətinliklər qalmaqdadır. Belə ki, dəniz yükdaşıma tarifləri, sığorta xərcləri və digər əməliyyat qiymətləri hələ də böhrandan əvvəlki səviyyəyə qayıtmayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью