BƏƏ dən İrana qarşı sərt qərar

19.08.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, iqtisadi fəaliyyət və maliyyə əməliyyatlarını ikinci bir açıqlamaya qədər dayandırıb.

“Bakupost” xəbər verir ki, qərar İran tərəfindən buraxıldığı bildirilən iki ballistik raketin dəniz gəmiçiliyini hədəf almasından sonra qəbul edilib.

BƏƏ Xarici İşlər Nazirliyi İranla bütün ticarət və iqtisadi fəaliyyətlərin, alış-verişlərin və maliyyə əməliyyatlarının dayandırıldığını açıqlayıb.

BƏƏ Müdafiə Nazirliyi isə İrandan gəldiyi müəyyən edilən iki ballistik raketin dəniz gəmiçiliyini hədəf aldığını və raketlərin dənizə düşdüyünü bildirib.

Qərarın tətbiqi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью