BƏƏ dən Rusiya Ukrayna danışıqları ilə bağlı mesaj KONKRET

13.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Əbu-Dabinin vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan bu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

“Əbu-Dabinin vəliəhdi təsdiqlədi ki, Əmirlik tərəfi əvvəllər olduğu kimi öz ərazisini təqdim etməyə hazırdır”, – deyə o bildirib.

Qeyd edək ki, BƏƏ daha əvvəl də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində vasitəçilik etməyə və danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Yanvar ayında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.

Günay Əli 

KONKRET.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью