BƏƏ ərazisi İrana veriləcək? KONKRET

23.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İran parlamentinin deputatı Hüseyn Əli Hacı Deligani Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana dəymiş zərərə görə kompensasiya ödəməli olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, deputat hətta kompensasiya çərçivəsində BƏƏ ərazisinin bir hissəsinin bir neçə il müddətinə İrana verilməli olduğunu deyib.

İranlı deputat, həmçinin Məkkə razılaşmasının imzalanmasının ABŞ-ın regiondakı strategiyasının iflasa uğradığını göstərdiyini iddia edib.

Qeyd edək ki, İran daha əvvəl də BƏƏ ərazisindən İrana qarşı həyata keçirilən hücumlarla bağlı Əbu-Dabidən kompensasiya tələb edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью