BƏƏ Fransadan Rafale qırıcılarının ilk partiyasını aldı

03.02.2025

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2021-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Fransadan "Rafale" qırıcılarının ilk partiyasını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Fransanın "Dassault Aviation" şirkətinin BƏƏ Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk "Rafale" qırıcı təyyarəsi yanvarın 30-da Parisdə keçirilən mərasimdə təqdim edilib. Mərasimdə Fransa Silahlı Qüvvələri naziri Sebastien Lekornü və BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl-Məzraui iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью