Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İrandan edilən qisas həmlələrindən sonra işə düşən hava hücumundan müdafiə sistemlərinin 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyindən verilən açıqlamada, İrandan ölkəyə edilən hücumların hava hücumundan müdafiə sistemi tərəfindən dəf edildiyi bildirilib.
Hava hücumundan müdafiə sistemlərinin 6 ballistik raket və 9 PUA-ya müdaxilə edərək onları vurduğu qeyd edilib. Nazirlik bu günə qədər ümumilikdə 378 ballistik raket, 15 qanadlı raket və 1835 PUA-nın təsirsiz hala gətirildiyini diqqətə çatdırıb.
Açıqlamada hadisə ilə bağlı can itkisi və ya zərər barədə məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin