Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəzzada münaqişənin davam etdiyi iki il ərzində BƏƏ Fələstin anklavına humanitar yardım üçün 1,8 milyard dollar xərcləyib.
Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Əl-Haşimi Avropa və ərəb ölkələrindən olan nümayəndələrin Parisdə keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, BƏƏ Qəzza zolağına ərzaq, dərman və digər zəruri ləvazimatlar daşıyan 8 mindən çox yük maşını göndərib.
Əmirlik, həmçinin 75 min fələstinlini müalicə edib.
Nazir vurğulayıb ki, BƏƏ Fələstin anklavında humanitar proqramları genişləndirmək niyyətindədir.