BƏƏ İranın növbəti raket və dron hücumlarını dəf edib

07.03.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə sistemləri İrandan atılan raket və pilotsuz uçuş aparatlarının hücumunu dəf edib.

APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, havada baş verən partlayışlar raketlərin və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsinin nəticəsidir.

“Reuters”in xəbərinə görə, paytaxt Əbu-Dabidə bir neçə partlayış səsi eşidilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью