BƏƏ nin Emarat şirkəti İrəvanda ilk YDM ni açdı

02.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti "Emarat" İrəvanda özünün ilk brendləşdirilmiş yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu addım şirkətin Əmirliklər hüdudlarından kənarda beynəlxalq genişlənmə strategiyasının yeni mərhələsi olub.
Bizim.Media xəbər verir ki, layihə "SIL Capital" investisiya portfelinə daxil olan "Mega Trade" şirkəti ilə tərəfdaşlıq çərçivəsində reallaşdırılıb.
 

"Emarat" rəhbərliyi qeyd edir ki, Ermənistandakı ilk stansiyanın açılışı gələcəkdə ölkə boyu bu brend altında daha geniş YDM şəbəkəsinin qurulmasının başlanğıcıdır. İlk mərhələdə Ermənistanın bütün regionlarında təxminən 35 yanacaqdoldurma məntəqəsinin yaradılması planlaşdırılır və bu məqsədlə bazara 35-40 milyon dollar həcmində investisiya qoyuluşu gözlənilir.


Şirkət Ermənistan bazarına öz xidmət standartlarını, yüksək yanacaq keyfiyyətini və qabaqcıl müştəri təcrübəsini gətirmək niyyətində olduğunu bəyan edib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan bazarında dünyaca məşhur "Shell" və "Gulf" brendlərinin də yanacaqdoldurma məntəqələri fəaliyyətə başlayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью