BƏƏ nümayəndəsi: Münaqişədən təsirlənən ölkələr adambaşına ən aşağı məbləğdə iqlim maliyyə…
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Münaqişədən və humanitar ehtiyaclardan təsirlənən ölkələr adambaşına ən aşağı məbləğdə iqlim maliyyəsi alırlar”.
APA xəbər verir ki, bunu BƏƏ-nin energetika və davamlı inkişaf nazirinin köməkçisi Abdulla Balalaa COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı yüksək səviyyəli paneldə deyib.
O bildirib ki, bəzi hallarda, əsasən inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrlə müqayisədə adambaşına 80 dəfə az pul alır: “Cins və yaşa görə fərqlər daha da dramatik olur.
Bu ölkələrdə dəyişən iqlim və inkişaf layihələri də az icra olunur. Bu, faktdır.
Bu layihələri icra edən hökumətlər və qurumların bir çoxu bu otaqdadır”.
O əlavə edib ki, Yardım, Bərpa və Sülh Günündə qabaqcıl bir paket hazırlamaq üçün yüzlərlə maraqlı tərəflə işləməkdən çox qürur duyur: “94 ölkə və 43 təşkilat İqlimlə Mübarizə, Bərpa və Sülh Bəyannaməsini təsdiqləyib və islahatları dəstəkləmək və həyata keçirmək üçün 1,2 milyard ABŞ dolları məbləğində vəsait irəli sürmüşük.
Bu gün Bakı Mərkəzi bizə aydın mesaj verir ki, iş vahid cəbhə ilə davam edir.
Tam oxu
Xəbəri oxu