BƏƏ prezidenti Rusiya ilə əlaqələrin inkişaf etdirəcək..?

16.02.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya Baş nazirinin birinci müavini Denis Manturov ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.

Əbu-Dabidəki Əl-Şati sarayında baş tutan görüşdə tərəflər BƏƏ ilə Rusiya arasında əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, iki ölkəni maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti fevralın 15-də BƏƏ-yə gəlib.

O, beynəlxalq konfrans və müdafiə sənayesi IDEX-2025 sərgisində iştirak edəcək.

Bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gələcək danışıqların Səudiyyə Ərəbistanı və ya BƏƏ-də keçirilə biləcəyi barədə məlumat yayılmışdı.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью