BƏƏ Qazprombankın UnionPay kartlarına xidmət göstərməyi dayandırdı

23.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

BƏƏ-nin kredit təşkilatları Rusiyanın “Qazprombank”ı tərəfindən buraxılmış “UnionPay” ödəniş sisteminin bank kartlarına xidmət göstərməyi dayandırıb.

Azpost.info xəbər verir ki, kartdan istifadə etməyə çalışıldığı zaman bankomatlar texniki xəta haqqında bildiriş göstərir.

Bildiriş mətnində kartın qeyri-aktiv və ya bloklandığı bildirilir.

İstifadəçilər həmçinin bank dəstəyi ilə əlaqə saxlamağa təşviq edilir. Xidmətdən imtina həm “Qazprombank” korporativ kartlarına, həm də “UnionPay” sistemi ilə fərdi kartlara aiddir.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью