BƏƏ Suriyaya uçuşları bərpa etmək qərarına gəlib

15.04.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriya ilə dayandırılmış ticarət hava əlaqələrini bərpa etmək üçün hazırlıqlara başlayıb.

BƏƏ Baş Mülki Aviasiya Qurumunun (GCAA) açıqlamasında, iki ölkə arasında sərnişin və yük uçuşlarının bərpası üçün lazımi prosedurların tamamlanması üçün birgə koordinasiyanın davam etdiyi bildirilib. Lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq tarix verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью