BƏƏ Taybehdə diplomatlara hücumü pisləyib

20.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) işğal altındakı İordan çayının qərb sahilində yerləşən Taybeh kəndinə səfər edən Avropa diplomatik nümayəndə heyətinə qarşı israilli məskunlaşanlar tərəfindən törədilən hücumu kəskin şəkildə pisləyib.

525.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Qeyd olunub ki, bu akt diplomatların və diplomatik nümayəndəliklərin tam müdafiəsini təmin edən beynəlxalq qanunların, nizamnamələrin və normaların kobud şəkildə pozulmasıdır.

Nazirlik vurğulayıb ki, bu cür hərəkətlər regionda pisləşən vəziyyəti daha da gərginləşdirir, sülh və sabitliyin əldə edilməsinə yönəlmiş beynəlxalq səylərə mane olur.

BƏƏ XİN bu pozuntularla bağlı müstəqil və şəffaf araşdırma aparılmasına, həmçinin məsuliyyət daşıyan şəxslərin cavabdehliyə cəlb olunmasına çağırıb. Bəyantda beynəlxalq ictimaiyyət davam edən bu cür hallara son qoymağa, həmçinin işğal olunmuş Fələstin ərazisində və regionda gərginliyin daha da artmasının qarşısını almaq istiqamətindəki öhdəliklərini yerinə yetirməyə çağırılıb.

Yaxın Şərqdə sülh prosesini irəlilətmək, hərtərəfli və ədalətli sülhə nail olmaq məqsədilə bütün regional və beynəlxalq səylərin dəstəklənməsinin, eləcə də “iki dövlət” həllinə xələl gətirən qanunsuz əməllərə son qoyulmasının zəruriliyi vurğulanıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью