BƏƏ Təl Əvivə uçuşları dayandırdı Səbəb

02.10.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkəti Təl-Əvivə uçuşlarını ikinci bildirişədək dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Qays əl-Qays məlumat verib.

Onun sözlərinə görə, uçuşlar uçuşlar səlahiyyətli qurumların tələbi ilə dayandırılıb.

Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi məlum olub.

Təyyarə təhlükəsiz eniş edib. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişinlə görüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью