Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hərbi Hava Qüvvələri Çin Hərbi Hava Qüvvələri ilə birgə “Şahin Qalxanı 2026” adlı hərbi təlim keçirib.
SİAxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
BƏƏ-nin müdafiə qurumu bildirib ki, təlim iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilib.
Nazirlik həmçinin təlimin digər məqsədlərinin tərəflər arasında təcrübə mübadiləsi aparmaq, eləcə də hər iki tərəfin hazırlıq səviyyəsini və əməliyyat effektivliyini artırmaq olduğunu qeyd edib.
Ayşən Vəli