BƏƏ və Hindistana ət ixrac olunacaq

16.01.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Qazaxıstan BƏƏ və Hindistana ət ixrac edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə kənd təsərrüfatı naziri Aydarbek Saparov BƏƏ və Hindistanın iri şirkətlərinin rəhbərləri ilə görüş zamanı deyib.
BƏƏ və Hindistan baytarlıq, sanitariya və keyfiyyət tələblərinə cavab verən keçi əti və digər halal ət məhsullarının idxalında maraqlı olduqlarını bildirib.
Aydarbek Saparovun qeyd etdiyi kimi, Qazaxıstan heyvandarlıq sektorunda əhəmiyyətli potensiala malikdir və baytarlıq tələblərinə riayət etmək və sabit tədarükü təmin etmək şərti ilə ixrac həcmini artırmaq imkanlarını nəzərdən keçirməyə hazırdır.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью