Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı vəfat edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, mərhumun müvəqqəti yaşadığı ünvanda qeydə alınıb.
Məlumata görə, Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Əli Məhəmməd Nasirin meyiti aşkar edilərək, müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
İlkin ehtimala görə, mərhum yuxusuzluqdan əziyyət çəkib və bu səbəbdən qəbul etdiyi dərman preparatlarının təsirindən dünyasını dəyişib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.