Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə WAM agentliyi Əmirliyin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.Məlumata görə, “Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.Səlahiyyətlilər təyyarənin qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.