Статья не опубликована
BƏƏdə yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb | Icma.az

BƏƏdə yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

29.12.2024

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xeymə əmirliyi sahillərində “Cəzirə” Aviasiya Klubuna məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub.

Bu barədə BƏƏ-nin "WAM" agentliyi BƏƏ Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

“Əl-Cəzirə Hava İdman Klubuna məxsus təyyarə Rəs əl-Xəymə əmirliyi sahillərində dəniz sularına düşüb, pilotu və yoldaşı həlak olub”, - deyə məlumatda bildirilir.

Səlahiyyətli orqanlar qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparır. Mülki Aviasiya Baş İdarəsi həlak olanların ailələrinə başsağlığı verib.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью