BeeOnline külli miqdarda cərimələnir

10.12.2024

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən "BeeOnline" Açıq Səhimdar Cəmiyyətinin (ASC) barəsində inzibati protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 381.11-ci (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.  

381.11-ci maddəyə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью