Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Tariximizin, qəhrəmanlarımızın, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ciddi addımlar atmağa, bu sahədə böyük işlər görməyə ehtiyac var.
Unutmayın, bəhanə həmişə var, çatışmayan işdir”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib.
Xalq artisti qeyd edib ki, pul hərisliyinə son qoyub Vətən, onun maraqları üçün çalışmaq lazımdir: “Biz yalnız öz fərdi maraqlarımız haqqında düşünməməliyik.
Biz doğma vətənimiz, onun mənafeyi, gələcəyi haqqında düşünməliyik.
Biz sabaha daha güclü, daha qüdrətli Azərbaycan qoymaq haqqında fikirləşməliyik. Bu işdə sahibkarlar, iş adamları aktiv olmalıdırlar.
Hər kəs bilməlidir ki, onsuz da heç vaxt dünyadakı bütün pullara sahib ola bilməyəcək.
Odur ki, bu puldan bir qədər də müqəddəs amallar, ideyalar uğrunda xərcləmək lazımdır.