Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə ötən gecə UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” klubuna vurduğu qələbə qolu ilə 2 il öncəki tarixi anı yenidən canlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Almaniya təmsilçisi ilə oyunda 90+4-cü dəqiqədə fərqlənərək komandasına 3:2 hesablı qələbə qazandıran Bəhlul analoji qəhrəmanlığı 2023-cü ildə də etmişdi.
Belə ki, həmin vaxt UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə “Mölde” ilə qarşılaşan Ağdam təmsilçisi məğlubiyyət astasında olan zaman B. Mustafazadə 90+5-ci dəqiqədə vurduğu qolla hesabı 2:2 etmiş və komandasına qrupdan çıxmaq yolunda həyati əhəmiyyətli 1 xalı qazandırmışdı.
Qeyd edək ki, Bəhlulun son saniyə qolları “Qarabağ”ın Avrokuboklardakı taleyini dəyişib. 2023-cü ildə həmin heç-heçə sayəsində “köhlən atlar” qrupu 10 xalla başa vuraraq növbəti mərhələyə yüksəlmişdi. Ötən gecəki qələbə isə Bəhlulu həm də Çempionlar Liqasının əsas mərhələsində komandasının heyətində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə salıb.