Bəhlul Mustafazadə: “Bizi maraqlı oyun gözləyir”

21.03.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah keçiriləcək Azərbaycan - Haiti matçından öncə yığmamızın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib.

"Haiti millisi bizə o qədər tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir"

- Millidəki ab-hava necədir?
- Ab-hava çox yaxşıdır. Bu matçda da çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik.

- Millidəki təcrübəniz çoxdur, amma təcrübəsi az olan oyunçular var. Onlarla uyğunlaşma necədir?
- Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.

- Bu matçda sizin üçün nəticə qazanmaq vacibdir?
- Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir.

Millətlər Liqası: Gürcüstan Ermənistanı darmadağın etdi Türkiyə - Macarıstan matçının hakimləri bəlli oldu Ronaldo Portuqaliya millisinə çağırılıb Millətlər Liqası: Türkiyə yığmasının heyəti bəlli olub Joze Mourinyo: "Ümid edirəm ki, ağlımdan keçənləri demərəm”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью