Bəhlul Mustafazadə əməliyyat olundu

01.03.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

"Ölkə.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью