Bəhlul Mustafazadə: Macarıstanla oyunda şanslar bərabərdir

09.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 iyun, AZƏRTAC

Macarıstan millisi keyfiyyətli komandadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə sabah Macarıstan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda layiqli mübarizə aparacaqlarını bildirib: “Düşünürəm ki, yaxşı oyunla macarlara qalib gələ bilərik. Evdə oynayırıq və şansları bərabər hesab edirəm. Baş məşqçinin verdiyi bütün tapşırıqları doğru yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью