Bəhlul Mustafazadə müalicəsini xaricdə davam etdirir

26.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.

İdman.Biz xəbər verir ki, aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan futbolçumuzun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.

Əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb. Müdafiəçimizin meydanlara qayıdışının təxminən beş həftə ərzində baş tutacağı gözlənilir.

Bəhlulun qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью