Bəhlul Mustafazadə: Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq

09.10.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

"Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".

- Millinin ən çox formada olan oyunçularından, həmçinin "Qarabağ"ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?
- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Komanda kimi oyuna hazırlaşırıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq.

Millimiz Özbəkistanla heç-heçə edib “Mingəçevir” və MOİK cəzalanıb Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi" "Zirə" ilə görüş "Neftçi"yə 15700 manata başa gəldi Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью