Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxtı” qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. “Qarabağ”ın qələbə qolunu Bəhlul Mustafazadə vurub.
KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, bu qol Bəhlulu Azərbaycan futbolunun tarixinə salıb.
Belə ki, Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub./publika