Bəhlul Mustafazadə yenidən “Qəbələ”də EKSKLÜZİV

30.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Ağdam klubundan ayrılacaq.

İdman.biz xəbər verir ki, 28 yaşlı müdafiəçi mövsümlərarası fasilədə “Qəbələ”yə keçəcək.

Ağdam klubu ilə müqaviləsi 2027-ci ilədək olan Mustafazadə “qırmızı-qaralar”a icarəyə veriləcək. Bəhlul 2025/26 mövsümünü yetirməsi olduğu “Qəbələ”də keçirəcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla problemi olduğu iddia edilən müdafiəçi qarşıdakı bir ili sabiq komandasında oynayacaq.

Qeyd edək ki, “Qarabağ”ın 12-ci çempionluğu qazandığı “Sabah”la oyundan sonra soyunub-geyinmə otağında bütün futbolçuları təbrik edən Qurbanov Mustafazadəni diqqətdən kənar qoyub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью