Bəhlul Mustafazadə yenidən zədə səbəbindən əməliyyat olundu

16.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.

Ağdam klubunun mətbuat xidmətindən İdman.Biz-ə bildirib ki, futbolçunun ayağının əməliyyat olunan hissəsində yenidən problem yaranıb və bu səbəbdən müdafiəçi əməliyyat keçirib.

Bəhlul Mustafazadənin 4 həftə sonra bərpa prosesinə başlayacağı gözlənilir.

Qeyd edək ki, futbolçu bu ilin fevralında zədələnib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью