Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Millinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadəyə ölkə xaricindən təklif gəlib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Çin klubu ona dəvət göndərib.
Asiya təmsilçisi həmyerlimizlə 2+1 illik müqavilə bağlamaq iddiasını ortaya qoyub.
Bəhlulun özüylə aparılan danışıqlar artıq baş tutub. Tərəflər şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Dünən "Qarabağ"a Çempionlar Liqasında üçüncü qələbənin sevinc hissini yaşadan Mustafazadə bu səbəbdən şok qərar verib.
"Ayntraxti"la matçda «köhlən atlar»a 3:2 hesablı qalibiyyət bəxş edən müdafiəçi klubdan ayrılmaq istəyindədir.
O, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşərək, bu niyyəti barədə məlumat verib.
Ağdam təmsilçisində dördüncü mövsümünü keçirən arxa xətt oyunçusu fikrinin qəti olduğunu, yaxın günlərdə planını reallaşdırmağa hazırlaşdığını söyləyib.
"Qəbələ"nin yetirməsi bildirib ki, ona müxtəlif ölkələrdən təkliflər var və məqsədi legioner həyatı yaşamaqdır.
Millinin üzvü 2021-ci ildən "köhlən atlar"ın sıralarındadır. Onun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
saytlarin hazirlanmasi