Icma.az bildirir, Qol.az portalına istinadən.
"Qarabağ" zədəli futbolçusu Bəhlul Mustafazadənin durumu ilə bağlı açıqlama yayıb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirdiyi bildirilib.
Aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan futbolçunun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.
Həmçinin qeyd olunub ki, əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb. Müdafiəçinin meydanlara qayıdışının təxminən 5 həftə ərzində baş tutacağı gözlənilir. Bəhlulun qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.
Xatırladaq ki, Bəhlul UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnmişdu.