Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda A
“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı Bəhlul Mustafazadə olub.
Matçın gedişində rəqibin xeyrinə penaltiyə səbəb olan müdafiəçi oyunun son dəqiqəsində vurduğu qələbə qolu ilə komandasına 3 xal qazandırıb.
Qoldan sonra duyğusal anlar yaşayan Bəhlul gözyaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” xallarının sayını 10-a yüksəldərək turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.