Bəhlul yenə əməliyyat olundu Həkimlər isə deyir ki....

17.09.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Millimizin üzvünün əvvəllər əməliyyat olunan ayağında yenidən problem yarandığı üçün həkimlər təkrar əməliyyat lazım olduğunu bildiriblər.

B.Mustafazadənin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.

Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью